04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu etirafı İrəvanı qarışdırdı: Azərbaycana yarınmaqdır

26 yan 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanın baş naziri Nikol Paşinyan illik hesabatı dinləmək üçün yanvarın 26-da Milli Təhlükəsizlik Xidmətində olub.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır. Həmin görüşdə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Azərbaycana verilən mina xəritələrinin keyfiyyətsiz olduğunu etiraf edib.

O, Paşinyana müraciətində “Bizi minalanmış ərazilərin xəritələrinin keyfiyyətsiz olmasında günahlandırmayın, əlimizdə olan budur” deyib.

Onun bu açıqlaması revanşist erməniləri isterikaya salıb. Onlar iddia edirlər ki, MTX-nin belə etirafı Azərbaycana yarınmaqdır və Paşinyanın tələbi ilə verilib.

Elə həmin görüşdə bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş hərbi qulluqçularla müsahibənin aparılması üzrə işi bərpa edib, nəticədə 8 yeni xəritə aşkarlanıb və yaxın günlərdə Azərbaycan tərəfinə veriləcək.

Qeyd edək ki, Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın təqdim etdiyi xəritələr minalanmış əraziləri düzgün göstərmir.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur