04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ermənistan hesabat yaydı: Türkiyə və Azərbaycanla münasibətlərdə...

23 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Qlobal qeyri-sabitlik şəraitində Ermənistanın təhlükəsizlik mühiti dəyişməkdə davam etdi və ölkənin ənənəvi olaraq arxalandığı təhlükəsizlik mexanizmləri öz təsirsizliyini bir daha nümayiş etdirdi.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası Nazirlər Kabinetinin 2023-cü il üçün (2021-2026-cı illər) proqramının icrasının gedişi və nəticələri haqqında hesabatda deyilir.

2023-cü il ərzində Gürcüstan, Fransa, İran, Hindistan, ABŞ və Aİ ilə təhlükəsizlik əlaqələri formalaşıb və inkişaf etdirilib. 2023-cü ilin fevralından Aİ Ermənistan və Azərbaycanın dövlət sərhədi boyunca uzunmüddətli mülki missiya yerləşdirib.

“Hökumətin xarici təhlükəsizliyin təmin edilməsi sahəsində konseptual yanaşması regional siyasətə əsaslanır və məqsədi regionda Ermənistana qarşı mövcud olan neqativ və aqressiv təzahürlərin diaqnostikasını aparmaq, onları idarə etmək, sonra isə düşünülmüş regional siyasət sayəsində azaltmaq və uzun müddət ərzində sıfıra endirməkdir. Bu məqsədə çatmaq üçün beynəlxalq hüquq və nizam-intizam baxımından həyata keçirilən siyasətin legitimliyi əsasdır”, - deyə hesabatda qeyd olunur.

“2023-cü il ərzində hökumət nümayəndələri region ölkələrinin - Gürcüstan, İran, Türkiyə və Azərbaycan nümayəndələri ilə fəal əlaqə və danışıqlar aparıblar.

Türkiyə və Azərbaycanla münasibətlərdə ciddi irəliləyişi təmin etmək mümkün olmadı”, - hesabatda vurğulanır.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur