02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Ermənilər etiraz edir: Azərbaycan nə etməlidir?

23 apr 2024 12:00
GÜNDƏM
ads

Xəbər veridiyimiz kimi, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sərhəddə geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Amma erməni kəndlərinin sakinləri işğal etdikləri torpaqların qaytarılmasını istəmirlər. Onlar ənənəvi erməni xislətinə əsaslanaraq etiraz edirlər.

Ermənilərin etirazları prosesə mane olarsa, Azərbaycan hansı addımları atmalıdır?

Bu barədə Publika.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, bu komissiyanın işinə şərait yaradılması üçün hər bir ölkənin öz öhdəliyi var.

“Bu gün delimitasiya və demarkasiya üzrə komissiya artıq ərazidə işə başlayıb. Ermənistan rəhbərliyi də digər ölkələr kimi, komissiyanın işinə şərait öhdəliyini həyata keçirməlidir. Əgər belə bir qərar qəbul edilibsə, həyata keçirilməsi üçün də hərtərəfli şərait yaradılmalıdır.

Ermənistan tərəfindən etiraz aksiyalarına nəzər saldıqda, bu, onların daxili işidir. Hökümət bu aksiyalara münasibət bildirməlidir, bunun qarşısı alınmalıdır. Azərbaycan bu mövqedə hər hansı addım ata bilməz. Bu məsələdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”,- politoloq bildirib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur