Türkiyə Aİ-yə Ukraynada tezliklə atəşkəs əldə olunmasının zəruriliyi ilə bağlı fikirlərini çatdırıb.
QÜTB.AZ "Reuters"ə istinadla xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlardan sonra keçirilən brifinqdə deyib.
“Danışıqlarımız zamanı biz Ukraynada tezliklə atəşkəsə nail olmaq üçün müşahidələrimizi və baxışlarımızı təqdim etdik”, - Türkiyə lideri bildirib.
Ərdoğan münaqişə tərəflərini “ədalətli sülhü” təmin etməyə çağırıb.
Hüseyn İbadlı