Kapitan Serji Roberto "Barselona"dan ayrılmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
İyulun 1-də 32 yaşlı futbolçu azad agent olub. Lakin "Barselona" yarımmüdafiəçiyə aşağı maaşla komandada qalmağı təklif edib. Ancaq o buna razı olmayıb. Serji yeni komanda axtarmaq qərarına gəlib.
"Sevilya", "Valensiya" və "Jirona" kimi klublar onun xidmətində maraqlı olsalar da, Robertonun özü ilk növbədə İngiltərə Premyer Liqasına keçmək istəyir.
Serji futbolçu karyerasına 2010-cu ildən "Barselona"da başlayıb. Yalnız bu klubda çıxış edib. Keçən mövsüm o, bütün turnirlərdə 24 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Heybət