Azərbaycanda meşədə faciəvi hadisə baş verib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Hacıqabul rayonunun Ağacanlı kəndində intihar hadisəsi baş verib.
Bu gün səhər saatlarında rayon sakini 2000-ci il təvəllüdlü Şərəfxan Ələkbərov həyatına qəsd edib.
Onun meyiti kənddəki meşə zolağında ağacdan asılı vəziyyətdə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az