Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı N.Əkbərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ( külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində ittiham olunub.
Xatırladaq ki, Nicat Əkbərov digər cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Belə ki, bu ilin martında paytaxtın Nəsimi rayonu ərazisində Nicat Lənkəranskiyə qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı. (Report)