29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

25 fev 2024 06:00
GÜNDƏM
ads

Bu gün Polşa Silahlı Qüvvələrinin digər ölkələrin silahlı qüvvələrinin iştirakı ilə “Dragon-24” adlı milli təlimləri başlayacaq.

Publika.az bu barədə Polşa ordusunun Baş Qərargahına istinadən xəbər verir.

Poliqonlarda 20 minə yaxın hərbçinin təlim keçəcəyi artıq məlumdur. Təlimlərə NATO-nun 10 ölkəsindən 3,5 min hərbi texnika və eFP blokundan (NATO-nun müttəfiqlərə dəstək olaraq Şərqi Avropada mövcudluğunu gücləndirmək proqramı) döyüş qrupu iştirak edəcək.

Polşa hərbi idarəsi vurğulayıb ki, təlimlərdə əsas qüvvələr 11-ci zirehli süvari diviziyası, həmçinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Müdafiə qüvvələri tərəfindən təmsil olunacaq.

Nazirlik qeyd edib ki, təlimlərdə quruda, havada və dənizdə “qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrası”nın sınaqdan keçirilməsi planlaşdırılır. Eyni zamanda kiberməkanda hərbi təlim əməliyyatları da həyata keçiriləcək.

Bundan əvvəl NATO təlimləri Rusiya ilə münaqişəyə hazırlıqla əlaqələndirirdi.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur