Əfqanıstanın şimalındakı Bəğlan əyalətində naməlum şəxslər məscidə gələn dindarlara atəş açıb.
QÜTB.AZ xarici mediaya istinadən xəbər verir ki, Bəğlan əyalətinin Nəhrin rayonunda naməlum silahlıların atəş açması nəticəsində 12 nəfərin həlak olduğu bildirilir.
Cümə axşamı axşam saatlarında bir qrup silahlı şəxs Seyid Padşah Ağa ziyarətgahına soxularaq namaz qılan müsəlmanları güllələyib.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir ekstremist qrup üzərinə götürməyib.