Sağlam bir həyat üçün hansı qidanın və necə istehlak edilməli olduğunu bilmək vacibdir.
Publika.az xəbər verir ki, bir çox faydaları olan qaynadılmış yumurta istehlakında da bəzi səhvlərə yol verilir. Qaynama zamanı edilən kritik, lakin bilinməyən bir səhv ciddi zərər verə bilər.
Zülalla zəngin sağlam qida olan yumurtanın ən sağlam istehlakı onları qaynadıb yeməkdir. Qaynadılmış yumurta istehlakı idmanla məşğul olanlar üçün xüsusilə vacibdir. Yumurtanı uzun müddət qaynatmaq olmaz. Yəqin ki, yumurta sarısının ətrafındakı yaşılımtıl-boz halqaları görübsünüz.
Bu halqalar çox qaynadılmış yumurtada olur. Onlar dəmir sulfid halqaları kimi tanınır. Dəmir sulfid halqası yumurtalar 10 dəqiqədən çox qaynadıldığında görünür. Yumurta 10 dəqiqədən çox qaynadıldıqda, dəmir çatışmazlığı yaranacaq. Ona görə də, məsləhətdir ki, yumurtanı 10 dəqiqədən çox qaynatmayasınız.
Aysel Şahmar