Bu gün ABŞ-ın 47-ci prezidentinin müəyyənləşəcəyi kritik seçki prosesi başlayır. Respublikaçı namizəd Donald Tramp Pensilvaniyada keçirdiyi seçki mitinqində diqqətçəkən açıqlamalar verib.
QÜTB.AZ xəbər verir ki, “New York Times” qəzetinin yazdığına görə, Tramp 2020-ci ildə rəqibi ABŞ prezidenti Co Baydenə uduzduğu seçkilərdə qalib gəldiyini iddia edərək, bu müddət ərzində Ağ evi tərk etməməli olduğunu bildirib.
Prezident olduğu dövrdə ölkədə sərhəd təhlükəsizliyinin ən yüksək səviyyədə olduğunu vurğulayan Tramp “Mən vəzifədən getməməliydim, çox yaxşı işlər gördük” deyib.
Tramp rəqibindən geri qaldığını göstərən bəzi seçki anketlərinin etibarlılığına inanmadığını bildirib. O, idda edib ki, seçkilərdə məğlub olarsa, bunun yeganə ağlabatan izahı demokratların "hiylə işlətməsi" ola bilər.
İyul ayında keçirilən mitinqdə çıxış edərkən məruz qaldığı sui-qəsd cəhdinə toxunan Tramp “mənə çatmaq üçün kimsə saxta xəbərlər yaymalıdır və buna əhəmiyyət vermirəm” deyib.
Roza