Soyuq suda üzməyin menopoz dövrü keçiriən qadınların fiziki və psixi sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı üzə çıxıb.
Publika.az xəbər verir ki, bununa bağlı İngiltərədəki London Universitet Kollecində araşdırma aparılıb.
Araşdırma nəticəsində mütəmadi olaraq soyuq suda üzən və menopoz keçirən 785 qadın müayinə edilib, onlardan yüzdə 46,9-u üzmənin narahatlıqları azaltdığını, yüzdə 34,5-i əhval dəyişikliyinə kömək etdiyini, yüzdə 31-i əhval-ruhiyyəni artırdığını, və yüzdə 30,3-ü daxildən gələn tərləməni və istiliyi azaltdığını deyib. Tədqiqata qatılan qadınların 63,3 faizi simptomları aradan qaldırmaq üçün xüsusi olaraq üzdüyünü bildirib.
"Post Reproduktiv Sağlamlıq" jurnalında dərc edilən araşdırmanın baş tədqiqatçısı Coys Harper, soyuq suyun stressi azaltdığını və idmançıların əzələlərinin bərpasına kömək etmək üçün buz vannaları qəbul etdiyini göstərən araşdırmalar aparıldığını deyib.
Cəmilə