Braziliyada San-Pauludan Belu Horizontiyə uçan tək mühərrikli təyyarə qəzaya uğraayıb.
Publika.az xəbər verir ki, bu barədə yerli fövqəladə xilasetmə xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 7 nəfər həlak olub.
Təyyarədə iki kişi, iki qadın, bir uşaq və iki ekipaj üzvü olduğu qeyd edilir.
Xilasedicilərdən biri bildirib ki, təyyarə havada üç böyük parçaya parçalanıb. Onun sözlərinə görə, xilasedicilər əvvəlcə 4 meyit tapıblar, lakin gövdə hissəsi çevrildikdən sonra daha 3 nəfər tapılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi barədə hələlik dəqiq məlumat yoxdur.
Hüseyn İbadlı