ABŞ Tayvana dörd MQ-9B SkyGuardian dəniz müşahidə pilotsuz təyyarəsini köçürməyi planlaşdırır.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarələrin 2026-2027-ci illər arasında köçürüləcəyi proqnozlaşdırılıb.
Məlumata görə, ilk iki pilotsuz təyyarə 2026-cı ildə, qalanları isə 2027-ci ildə təhvil veriləcək.
Sövdələşmənin ümumi dəyəri 467 milyon dollardır. Buraya iki yerüstü idarəetmə stansiyasının, ehtiyat hissələrinin və digər avadanlıqların tədarükü daxildir.