Yalnız müvafiq memorandumu imzalayan üç ölkənin hərbi donanmaları Qara dənizin üzən minalardan təmizlənməsində iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər məlumat verib.
Sənəd daha əvvəl İstanbulda Türkiyə, Rumıniya və Bolqarıstanın Müdafiə nazirlikləri arasında bağlanıb.
"...Biz qeyri-Qara dəniz ölkələrinin və müttəfiqlərimizin bu işə mümkün töhfəsini yüksək qiymətləndiririk. Onların yardımı, uyğun şərait yaranarsa, gələcəkdə müəyyən edilə bilər", - nazir sazişin imzalanması mərasimində qeyd edib.
Yanvarın 11-də tərəflər Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Qara dənizin onlara məxsus hissəsində minaların təmizlənməsi üçün birgə qüvvələrin yaradılması haqqında saziş imzalamaq qərarına gəliblər.
Tural