Türkiyənin "Hatayspor" klubunun bir il öncəyə qədər ev oyunlarını keçirdiyi "Yeni Hatay Stadionu"nun sosial şəbəkələrdə son görüntüləri yayımlanıb.
Publika.az xəbər verir ki, ötən ilin fevralın 6-da bölgədə baş verən dəhşətli zəlzələdən sonra arena yararsız vəziyyətə düşüb. Stadionun hazırkı durumu isə ürəkağrıdıcı vəziyyətdədir. Artıq meydanda yabanı bitkilər peyda olub. Zəlzə zamanı idman qurğusunda dağıntı qeydə alınmasa da, sonradan istifadəsiz qaldıqca, bir sıra problemlər yaranıb.
Buna görə "Hatayspor" cari mövsümdəki ev oyunlarını Mersində keçirmək məcburiyyətində qalıb.
Təəssüflə qeyd edək ki, "Yeni Hatayspor" stadionundakı son matç bir il öncə - fevralın 5-də baş tutub. Yerli komanda "Kasımpaşa"nın qəbul və məğlub edib - 1:0. Görüşdəki yeganə qolun müəllifi bir neçə saatdan sonra zəlzələnin qurbanı olacaq Kristian Atsu olub.
Qanalı futbolçu həmin oyundan sonra "Hatayspor"u və şəhəri tərk etməli idi. Ancaq vurduğu qoldan sonra fikrindən daşınıb və həmin gecə faciənin qurbanı olub.
Heybət