Məşhur britaniyalı aktrisa, dizayner və model Elizabet Hurli hamamdan paylaşım edib.
Publika.az xəbər verir ki, görüntü "İnstaqram" səhifəsində paylaşılıb.
Paylaşımda 58 yaşlı məşhurun şəffaf büstqalter və mini uzun ətəkdən ibarət kostyum geyindiyi görünür. Hurli dumanlı gözlər üslubunda makiyajda olub. Saçlarını dəbdəbəli şəkildə düzəldib və görünüşünü kütləvi şəffaf bilərziklərlə tamamlayıb.
Pərəstişkarları paylaşımın altındakı şərhlərdə ulduzun görünüşünü yüksək qiymətləndiriblər. “Mükəmməl bədən”, “Çox gözəl”, “Dünyanın ən gözəl qadını”, “Nəfəsimi kəsirsən”, “Kraliça” deyə qeydlər yazıblar.