İran Prezidenti İbrahim Rəisi və nümayəndə heyətini daşıyan helikopterin qəzaya düşməsi və onların ölümü bütün dünyada dərin kədər və hüznlə qarşılanıb.
QÜTB.AZ xəbər verir ki, dünya liderləri İran prezidentinin ölümünü ağır itki adlandırıblar.
BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rəisinin vəfatı ilə əlaqədar ölkəsinin bu çətin dövrdə İranı dəstəklədiyini bildirib.
Venesuela prezidenti Nikolas Maduro Rəisini qeyri-adi lider və qeyd-şərtsiz dost adlandırıb.
Hindistanın baş naziri Narendra Modi hadisədən “dərin kədərləndiyini və sarsıldığını” bildirib. Modi deyib: "Hindistan bu kədərli vaxtda İranın yanındadır".
İraqın baş naziri Məhəmməd əl-Sudani “dərin kədər”ini ifadə edərək, İraqın “qardaş İran xalqı ilə həmrəy olduğunu” bildirib.
Pakistanın baş naziri Şahbaz Şərif Rəisi və Abdullahianı “Pakistanın yaxşı dostları” adlandıraraq, ölkədə milli matəm günü elan edib.
Livanda isə üç günlük matəm elan edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı “bu çətin və faciəli günlərdə” dəstəkləyəcəyini vurğulayıb və Türkiyədə bir günlük matəm elan olunub.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin prezidenti Si Cinpin İran rəhbərliyinə “Çin hökuməti və xalqı adından dərin başsağlığı” ilə teleqram göndərib.
Suriya prezidenti Bəşər Əsəd Rəisinin “Suriya ilə İran arasında strateji münasibətləri” saxlayan xadim adlandıraraq, İran xalqına baş sağlığı verib.
Rusiya prezidenti Vladimir Putin “görkəmli siyasətçi” adlandırdığı İran prezidenti Rəisinin təyyarə qəzasında ölməsini “böyük faciə” adlandırıb.
Misir prezidenti Əbdülfəttah əs-Sisi “ağır itki” ilə əlaqədar Tehranı həmrəyliyə əmin edib.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani “İran hökumətinə və xalqına səmimi başsağlığı” verib.
Avropa Şurasının rəhbəri Çarlz Mişel Aİ adından İran dövlətinə “səmimi başsağlığı” verib.
Publika.az///