“112” qaynar telefon xəttinə Gəncə şəhərinin Atatürk prospektində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ilkin məlumata əsasən eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən mənzillərdən 16 nəfər sakin təxliyə olunub.