ABŞ Fələstində müstəqil dövlətin yaradılması strategiyasının hazırlanması prosesindədir.
Publika.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bəyan edib.
“Biz müxtəlif variantları nəzərdən keçiririk və onları regiondakı tərəfdaşlarımız, eləcə də Amerika hökuməti çərçivəsində müzakirə edirik”, - deyə o, brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
Miller həmçinin vurğulayıb ki, ABŞ səlahiyyətliləri hazırda Fələstin dövlətinin təşəbbüsü üçün ən yaxşı yolu müəyyən etmək üçün bu məsələ ilə bağlı siyasət planlaşdırma prosesindən keçir.