“Rtvs” portalı 2029-cu ildə dünya hokkey çempionatına ev sahibliyi etmək istəyən ölkələr haqqında məlumat yayıb.
QÜTB.AZ xəbər verir ki, bunlar Slovakiya, Böyük Britaniya, Çexiya və Macarıstandır.
Mənbənin sözlərinə görə, Çexiya və Macarıstan oyunları Budapeşt və Brnoda keçirilə biləcək dünya çempionatının təşkilində əməkdaşlıq etmək niyyətindədir. Bununla bağlı federasiyalar şifahi razılığa gəliblər.
Slovakiya Hokkey Federasiyasının baş katibi Miroslav Lazo Slovakiyanın 2029-cu il Dünya Çempionatına ev sahibliyi etməkdə maraqlı olduğunu təsdiqləyib.
Xatırladaq ki, 2024-cü ildə dünya çempionatı Çexiyanın Praqa və Ostrava şəhərlərində baş tutub. 2025-ci ildə dünya çempionatı İsveç və Danimarkada keçiriləcək.