İrəvana uçan Sukhoi Superjet 100 təyyarəsi Mineralnıye Vodı hava limanına məcburi eniş edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə 112 "Telegram" kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Red Wings" aviaşirkətinə məxsus SSJ-100 təyyarəsinin kondisioner sistemində nasazlıq yaranıb.
Texniki problemlərə görə təyyarə havaya qalxdığı hava limanına qayıtmalı olub.
"Təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub. Heç kim xəsarət almayıb", - mənbə bildirib.
Ləman