Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsviri və təchizat normasının və kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısı təsdiq edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etməli, eyni zamanda Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanları, nəzarət-ölçü cihazları və digər xüsusi vasitələr ilə təminatı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcədənkənar vəsaiti hesabına həyata keçiriləcək.