ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Co Baydenə seçkilərdə qalib gələ bilməyəcəyini deyib.
Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
"Pelosi Co Bayden ilə telefon danışığı zamanı sorğuların onun Donald Trampı məğlub edə bilməyəcəyini göstərdiyini söyləyib ", - şəbəkənin bəyanatında deyilir.
Pelosinin fikrincə, Bayden demokratların noyabrda Nümayəndələr Palatasında qalib gəlmək şansını itirə bilər.
Kanalın məlumatına görə, Bayden bu açıqlamaya cavab olaraq, son rəy sorğularının nəticələrini gördüyünü bildirib. Bayden deyib ki, sonuncu sorğuların nəticələri ABŞ-ın hazırkı prezidentinin qalib gəlmək şansının olduğunu göstərir.
Cəmilə