Xəbər verdiyimiz kimi, dünən Oğuz rayonunda intihar hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayonun Kərimli kənd sakini, 1990-cı il təvəllüdlü Yusifov Qabil İlqar oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
Əldə etdiyimiz məlumata görə, Qabilgil ailədə 3 uşaq – 2 qardaş və 1 bacı olublar. Bir müddət əvvəl Qabilin qardaşı xəstəlik səbəbindən dünyasını dəyişib. Bundan sonra Q.Yusifovda psixoloji sarsıntı baş verib.
Hadisə ilə bağlı Oğuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Turqut Seyidov