Ukraynanın müxtəlif ölkələrdəki 60-dan çox diplomatik qurumu inzibati binalarının minalanması ilə bağlı məlumat alıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
“Oktyabrın 14-də Ukraynanın xaricdəki 60-dan çox diplomatik qurumuna binalarının minalanması ilə bağlı anonim məktublar daxil olub”, - məlumatda qeyd olunub.
Bəzi hallarda diplomatik qurumlar araşdırmalar səbəbilə konsulluq xidmətlərini dayandırmalı olublar.