15.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Həsrət də qızıl medal qazandı

13 apr 2025 22:00
İDMAN
ads
Advertisement

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Qutb.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.

 

Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

 

Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur