29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Kamran Əliyev faciəvi yanğınlardan danışdı: “Biganə yanaşma çoxdur”

20 fev 2024 20:00
GÜNDƏM
ads
Advertisement

“Respublika Perinetal Mərkəzdə, Binəqədidəki mebel sexində və digər yanğın hadisələri ilə bağlı təhlillər göstərir ki, burada səhlənkarlıq, vəzifə səhlənkarlığı, biganə yanaşma çoxdur”.

Publika.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.

O, bu cür halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldüyünü bildirib.

Qeyd edək ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində altı körpənin ölümü ilə nəticələnən yanğınla bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış ilə bağlı isə, iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur