Çində it və pişik sahibləri arasında yeni tendensiya yaranıb. Onlar ev heyvanlarını kafelərə "işləməyə" göndərməyə başlayıblar.
QÜTB.AZ xəbər verir ki, bu barədə CNN yazır.
Məlumata görə, bu fenomen “Zhengmaotiaoqian” adlanır, bu da Çin dilindən tərcümədə "xeyirxahlıq üçün pul qazanmaq" mənasına gəlir.
Heyvanların olduğu kafelər Çində sürətlə çoxalır. Ziyarətçilər belə bir məkana daxil olmaq üçün adambaşına 30-60 yuan (4-9 dollar) ödəyir və sadəcə bir fincan qəhvə içirlər. Burada məqsəd pişiklərin, itlərin və ya digər heyvanların əhatəsində vaxt keçirməkdir.
Çinlilər belə kafelərə olan tələbatı evdən uzaqda olarkən ev heyvanlarını hardasa yerləşdirmək istəyən insanların ehtiyacı ilə birləşdirməyə qərar veriblər. Beləliklə, ev heyvanlarının sahibləri həm heyvanlarını tək qoymamış olur, həm də büdcələrinə qənaət edə bilirlər.
Ləman