01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başladı

14 sen 2024 09:00
GÜNDƏM
ads

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verib. Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

QÜTB.AZ Azərtac-a istinadən xəbər verir ki, saat 7-də Bərdə şəhər avtovağzalından Xankəndi şəhərinə ilk sərnişin avtobusu yola düşüb. Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.

Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya olunub. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2.80 manat, Bərdə-Xocalı istiqamətində 2.50 manat təşkil edir.

Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması mütləqdir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur