İranda güney azərbaycanlı gənclərin həbsi davam edir.
Publika.az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, Kərəc və Təbriz şəhərlərində üç güney azərbaycanlı gənc həbsə məhkum edilib.
Əfşin Nəziri, Salar Tahir Əfşar və Milad Cəlili adlı güneyli gənclər İran rejiminin Təbriz və Kərəcdəki məhkəmələri tərəfindən həbs cəzasına məhkum ediliblər.