31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Xalq artisti: "İkinci qadın olmaq ən böyük bədbəxtlikdir" - VİDEO

30 mar 2024 05:00
GÜNDƏM
ads

"Həyatımızın ən böyük problemlərindən və bədbəxtliklərindən biri "ikinci qadın" olmaqdır. Çünki qızımız ərə gedir və sonra gəlib verilişlərdə oturur. Problemini soruşanda deyir ki, “dörd uşağım var, onları "uşaqlar evi"nə vermək istəyirəm”. Niyəsini soruşanda isə cavab verir ki, “ərim bizi qoyub gedib”. Həmin qadının əri işləmir, savadsız idi, evsiz, kəbinsiz idik".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "Youtube"da yayımlanan "Künc-bucaq" verilişinə müsahibəsində deyib.

Sənətkar evi, savadı və işi olmayan bəylərin valideynlərinin istəyi ilə ailə qurmasına qarşı çıxıb:

"Oğullar var ki, ailəsini dolandırmaq üçün gedib fəhlə kimi haradasa işləyir. Hər insan ev tikmir ki,... Gündə ev tikilmir ki,... Əgər o, özünə həyat dərsi götürməyibsə və 20 yaşına çatanda evlənmək üçün arvad istəyirsə,... Nə ev, nə sənəti, nə işi, nə kəbini var,... Evdəkilər də deyirlər ki, “əsas odur ki, gəl "Qurani-Kərim" kitabının altından keç”. Zəhmətlə böyütdüyün övladı verirsən, bilmədiyin bir ailəyə. Çoxusu heç kürəkəninin adını belə bilmir".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur