Kiyev reallıqları nəzərə alacağı təqdirdə Rusiya Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır.
QÜTB.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun bəyanatına görə, Ukrayna tərəfinin yerlərdə yaranmış reallıqları başa düşəcəyi təqdirdə Moskva Kiyevlə danışıqları bərpa etməyə hazırdır.
Medvedev onu da vurğulayıb ki, danışıqlar prosesini bərpa etmək üçün Kiyev Rusiya prezidenti Vladimir Putinin bu il Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı səsləndirdiyi təklifləri nəzərə almalıdır.
Adəm Abbaslı