ABŞ-ın keçmiş prezidenti Donald Trampın sui-qəsd cəhdindən dərhal sonra çəkilmiş fotoşəkili olan köynəklər Çində satılmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilir ki, hadisədən cəmi bir neçə saat sonra Çinin ən böyük elektron ticarət platforması "Taobao"nun rəflərində belə rəsimli köynəklər peyda olub.
Xatırladaq ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
Atıcı məhv edilib və şəxsiyyəti müəyyən edilib.
FTB-nin məlumatına görə, o, Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur.
"New York Post" mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.
Hüseyn İbadlı