Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-nın "gənclər cəmiyyətinin qadın lideri" adlandırılan Rojda Bilenin İraqın şimalında Süleymaniyyədə zərərsizləşdirildiyi anların görüntülərini yayıb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən görüntülərdə “Bişenq Brüsk” kod adlı terrorçu Bilenin içində olduğu ağ rəngli pikapın vurulduğu anlar əks olunub.
Həmin videonu təqdim edirik: