BMT baş katibinin köməkçisi Xalid Hiari Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasında tərəfləri məskunlaşan ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.
Publika.az xəvər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Biz həm Ukraynada, həm də Rusiya Federasiyasında şəhər, qəsəbə və kəndlərə edilən bütün hücumları birmənalı şəkildə pisləyirik", - deyə o bildirib.
Hiari əlavə edib ki, mülki şəxslərə və mülki infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur, qəbuledilməzdir və dərhal dayandırılmalıdır.
Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasında bildirib ki, şəhərdə terror aktının bütün təşkilatçıları və günahkarları cəzalandırılacaq.
Qedy edək ki, dekabrın 30-da Ukrayna Silahlı Qüvvələri Belqorodun mərkəzini və şəhərin digər ərazilərini atəşə tutub. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova hücumu pisləmək tələbi ilə beynəlxalq qurumlara müraciət edib .
Hüseyn İbadlı