20.09.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Qənimət Zahid Baş Prokurorluğa çağırıldı

20 sen 2025 04:00
GÜNDƏM
ads

"Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid barəsində başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə çağırılıb.

 

Qutb.az xəbər verir ki, bu barədə İctimai TV-yə rəsmi bildiriş daxil olub.

 

Bildirişdə qeyd olunur ki, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddəsi ilə təqsirləndirilən Zahidov Qənimət Səlim oğlu 2025-ci ilin iyul ayında təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

O, istintaqdan qaçaraq gizləndiyinə görə barəsində axtarış elan olunub və Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

2025-ci il sentyabrın 18-də isə Q.Zahidova eyni epizod üzrə təkrar ittiham elan edilməsi ilə bağlı qərar qəbul edilib. Lakin onun ölkə hüdudlarından kənarda olması səbəbindən ittiham elan etmək mümkün olmayıb. Q.Zahidə xəbərdarlıq edilib ki, 20 oktyabr 2025-ci il saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir. Bildirişdə həmçinin onun ibtidai istintaqda şəxsən iştirak etmək, seçdiyi müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malik olduğu diqqətə çatdırılır. Müdafiəçidən istifadə etdiyi halda müdafiəçi barədə məlumatlar cinayət prosesini həyata keçirən orqana təqdim olunmalıdır. Çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində qiyabi icraat aparıla və qiyabi hökm və ya digər yekun məhkəmə qərarı qəbul edilə bilər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur