Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Çex Respublikasının xarici işlər naziri Yan Lipavski və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.