19.04.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Çətin gündə çətir olan Azərbaycan polisi - FOTO+VİDEO

16 apr 2025 19:00
GÜNDƏM
ads

Bu gün Bakıda və Azərbaycanın digər bölgələrində hava şəraiti öz şıltaqlığını bir daha göstərdi. Güclü yağış, leysan və küləklə müşayiət olunan təbiət hadisəsi bir çox yerdə fəsadlara səbəb oldu. Küçələr çaya döndü, tunellər doldu, evləri su basdı, ağaclar aşdı, maşınlar yollarda ilişdi. Dövlət qurumları dərhal hərəkətə keçərək tədbirlər gördülər.

 

Bu qədər hadisənin içində bir ünvan var idi ki, hər yerdə göründü, dayanmadı, istənilən hadisə yerində onları gördük – polis.

 

Polis təkcə cinayətlə mübarizə aparan, asayişi qoruyan qurum deyil. Bu gün bir daha gördük ki, polis xalqın yanında olan, çətin gündə çətir olandır.

 

Bakının mərkəzində, kənd yollarında, su altında qalan küçələrdə, tunellərdə - polis əməkdaşları hər yerdə idilər. Onlar sadəcə nəzarət etmirdilər, tunellərdə ilişib qalan avtomobillərin sürücülərinə kömək etdilər, insanları təhlükəli yollardan çıxardılar, küçədə saatlarla qalan piyadalara yol göstərdilər, qollarını çırmalayıb selin içində insanlara yol açdılar, suda batan avtomobilin sürücüsünü xilas etdilər. Onların heç biri “bu mənlik deyil” demədi...

 

Və ən önəmlisi – polis anbaan yollardakı vəziyyət barədə məlumat yayır, insanları təhlükədən xəbərdar edirdi. Bu, sadəcə vəzifə deyil, bu – xidmətdir.

 

Bir xalq üçün ən böyük güvən budur: fırtına əsir, külək qopur, su küçələri basır, amma sən bilirsən ki, kimsə var. Kimsə səni tək buraxmayacaq. Kimsə oradadır. Və bu “kimsə”nin adı – polisdir.

 

Təbiətin amansız üzü qarşısında belə insanımıza dayaq olan hər bir polis əməkdaşına TƏŞƏKKÜRLƏR.

 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur