Xalçalar evdə estetik görünüş baxımından böyük əhəmiyyət kəsb edir.
QÜTB.AZ xəbər verir ki, xalçalar təmiz görünəndə evlər də təmiz görünür. Xalça təmizləməyə gəldikdə, bir çox insanın ilk seçimi xalça yuyan şirkətlərdir.
Çox vaxt çətin proses kimi görünsə də, müəyyən təbii üsullarla xalçaları evdə asanlıqla yuya bilərsiniz. Evdə xalçaların yuyulması üçün düşünüldüyü kimi kimyəvi maddələrə və ya uzun proseslərə ehtiyac olmayacaq.
Xalçanı qabyuyan maşın tableti ilə yumaq lazımdır. Bunun üçün əvvəlcə qabyuyan maşın tabletini isti suya qoyun və əriməsini gözləyin. Sonra bu suyu xalçaya tökün və ardınca sürtün. Proses tamamlandıqda xalçaların təmiz olduğunu görəcəksiniz. Qabyuyan maşın tabletləri ləkələri çıxarmaq üçün effektiv köməkçidir.
Aysel Şahmar