“Bu qanunun qəbulundan sonra demək olar ki, bütün İrəvan kameraların nəzarəti altında olacaq”.
Publika.az xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Samvel Martirosyan jurnalistlərlə görüşündə bildirib.
Qeyd edək ki, İrəvanda sahəsi 50 kvadratmetrdən çox olan kafe, restoran, aptek, otel, ticarət obyektləri və yanacaqdoldurma məntəqələrinin yaxınlığında kameraların quraşdırılması ilə bağlı məcburi qanun tətbiq etmək istəyirlər.
“Təhlükəsizlik nöqteyi-nəzərindən bu müsbət təsir göstərə bilər, lakin təhlükəsizlik artdıqda, bu, çox vaxt vətəndaş azadlıqlarının boğulmasına gətirib çıxarır. Buna görə də tarazlığı qorumaq lazımdır.
Bunun cinayətin kəskin azalmasına səbəb olacağını gözləməyə dəyməz. Bu kameralara texniki cəhətdən düzgün nəzarət olunacağına heç bir zəmanət yoxdur.
Dövlətin kameralardan siyasi məqsədlər üçün istifadə etməyəcəyinə dair təminatlar haradadır? Korrupsiya risklərinin olmayacağına dair təminatlar haradadır?” - ekspert əlavə edib.
Tural