İstanbulun Silivri rayonunda voleybol məşqçisi iki şagirdinə sataşdığı iddiası ilə həbs olunarkən, ortaya çıxan səs yazısı onu şoka salıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, İstanbulda və Türkiyənin dörd bir yanında keçirilən voleybol yarışlarında qazandığı uğurlarla adından söz etdirən Silivri "Çağrıbeyspor" klubunun voleybol məşqçisi Umut Tilev qız şagirdinə təcavüz iddiası ilə həbs edilib.
Çağrıbey orta məktəbində klub məşqçisi və eyni zamanda bədən tərbiyəsi müəllimi olan Tilevin lisey şagirdi idmançı qıza etdiklərinə görə zərərçəkmiş qız şagirdin telefon səs yazısı yazıldıqdan sonra nəzarətə alındığı öyrənilib. Daha sonra günahını etiraf edib üzr istəyərkən, ikinci idmançı qızın da eyni iddialarla çıxış etdiyi məlum olub.
Bu iddialardan sonra Tilev ötən gün axşam saatlarında Silivri Respublika Baş Prokurorluğunun göstərişi ilə saxlanılıb.
Məlumata görə; Tilev Silivri Polis Şöbəsinə aparılaraq ifadəsi alınıb və o, polis bölməsində gecələyərkən çalışdırdığı voleybol komandasındakı qız tələbələrin və dərs dediyi məktəb haqqında da məlumat axtarılıb. Tilev polis idarəsində susmaq hüququndan istifadə edib.
Təcavüzə məruz qalan gənc qız polisə ifadəsində bildirib ki, məşqçisi onu evə aparmaq adı ilə maşınına mindirib və cinsi təcavüz edib. Başqa bir tələbə qızın da oxşar ittihamlar irəli sürdüyü və Tilevin prosesdən sonra prokurorluğa sövq edildiyi öyrənilib. Tilev tutularaq həbsxanaya göndərilib.
Bu arada, təcavüzə məruz qaldığını iddia edən qızın Umut Tilevlə telefon danışığını lentə aldığı üzə çıxıb.
Qız səsyazmada "Əl-ayağım titrəyir, qızınıza belə edilsə, xoşunuza gələrmi?", Umut Tilev isə "Bir daha belə olmayacaq. Rahat dinlənin, səhv etdim" deyib. Hərdən olur, üzr istəyirəm, bağışla, bunlar bizim aramızdadır", "Bir daha səhv etməyəcəyəm" deməsi eşidilir.
Milli.Az