Qırğızıstanın paytaxtında ilk dəfə olaraq yeni dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Publika.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
Günəş şüalarının dalğavari deyil, düz xətlər kimi təsvir olunduğu Qırğızıstanın dövlət bayrağının dizaynında qismən dəyişiklik edilməsi haqqında hökumət tərəfindən hazırlanmış və parlament tərəfindən bəyənilən qanun layihəsi dekabrda rəsmi olaraq qüvvəyə minib.
Ölkə prezidenti Sadır Japarov bildirib ki, bayrağın dizaynının dəyişdirilməsini təklif edən məhz özüdür. Yeni varianta görə, respublika bayrağındakı dizaynın kompozisiyasını günəşin birbaşa şüaları olan tunduk (yurt evinin yuxarı hissəsi) təşkil edir.
Tural