06.04.25 | Bakı 13.03° C |
03:08:12
Lent :

Putin elan etdi: "Bu ölkə ilə sərhədə qoşun göndəririk"

13 mar 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Finlandiya NATO-ya üzv olduqdan sonra bu ölkənin sərhədləri yaxınlığında rus qoşunları və silah sistemləri yer alacaq.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti”yə müsahibəsi zamanı deyib.

O vurğulayıb ki, əvvəllər Rusiya və Finlandiyanın ideal münasibətləri olub, bir-birinə qarşı heç bir iddia, o cümlədən ərazi və digər mübahisəli məsələlər yoxdur.

"Finlandiya ilə sərhəddə heç qoşunumuz yox idi, onları oradan çıxardıq. Niyə belə edirlər?.. Bu, onların milli maraqlarının təmini baxımından tamamilə mənasız addımdır. Amma bu, onların qərarıdır. İndi bizim orada qoşunlarımız olacaq. Əvvəllər bizdə məhvetmə sistemləri yox idi, indi isə meydana çıxacaq", - Putin İsveç və Finlandiyanın NATO-ya mümkün daxil olmasını şərh edərkən deyib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur