Ana-bala rolunda idilər, sevgili oldular
Bu günə qədər səhv edirdik: Kremlər üzə necə vurulmalıdır?
Muay Tay Federasiyasının prezidenti Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı saxlanılanlar var.
Qutb.az xəbər verir ki, bu barədə “Haber Türk" məlumat yayıb.
Telekanalın yaydığı məlumata görə, Antalyanın Kəmər bölgəsində baş verən hadisəyə görə 5 nəfər şübhəli bilinir. Onlardan üçü özbəkistanlı, ikisi isə azərbaycanlıdır.
Qeyd olunub ki, hadisədən sonra qaçan şəxslər Antalya hava limanında saxlanılıb. Onlar qaçmazdan əvvəl şəhər mərkəzində bərbərə gedərək imiclərini və paltarlarını dəyişiblər.
O da bildirilib ki, şübhəli şəxslərdən biri hadisə axşamı Rusiyaya qaçmağa müvəffəq olub. Lakin o da Rusiyada hava limanında saxlanılıb. Həmin şəxsin Türkiyəyə ekstradisiyası planlaşdırılır.
Telekanalın iddiasına görə, saxlanılan şəxslərdən biri millinin baş məşqçisidir. “Teleqraf” isə söhbətin Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan getdiyini yazıb.