29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu NATO ölkəsindəki Lenin Muzeyi bağlanacaq

23 apr 2024 13:00
GÜNDƏM
ads

Finlandiyanın Tampere şəhərində noyabrın 3-də Vladimir Leninin yeganə muzeyi bağlanacaq və onun yerinə Rusiya və Finlandiya münasibətlərinin tarixindən bəhs edən muzey yaradılacaq.

Publika.az xəbər verir ki, bBu barədə Yle portalı məlumat yayıb.

“Sovet İttifaqının dağılması ilə tarix bitməyib və biz keçmişin əsiri qalmaq istəmirik. Köhnə başlıq artıq sərgimizin məzmununa uyğun gəlmir, ictimaiyyəti çaşdırır və anlaşılmazlığa səbəb olur”, - deyə nəşr muzeyin direktoru Kalle Kalliodan sitat gətirir.

Onun yerində “Nutti” Şərqlə əlaqələr muzeyinin yaradılması gözlənilir. Sərgi xüsusilə 1917-ci il inqilabları dövründən Finlandiyanın NATO-ya daxil olmasına qədər ruslar və finlər arasında transsərhəd münasibətləri əhatə edəcək. Kallio əlavə edib ki, bu, yalnız muzeyin qərarıdır və beynəlxalq kontekstdə baş verən dəyişiklik və fin tamaşaçılarının seçimləri ilə əlaqədar qəbul edilib.

Finlandiyada Lenin Muzeyi 1946-cı ildə Tamperedə İkinci Dünya Müharibəsinin bitməsi və Moskva ilə Helsinki arasında münasibətlərin yaxşılaşması fonunda yaradılıb. Sərginin yeri kimi bu şəhərdə Fəhlə Evinin seçilməsi onunla əlaqədar idi ki, 1905-ci ildə Lenin SSRİ-nin gələcək lideri İosif Stalinlə ilk dəfə orada görüşüb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur