31.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA

31 yan 2025 02:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə hakimiyyəti 2025-ci ildə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır.

QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu "CNN Türk" telekanalına açıqlamasında bildirib.

“Biz istəyirik ki, 16 yaşadək gənclərimiz sosial mediadan uzaq olsunlar. Bu onlara niyə lazımdır? Onsuz da orada onlar üçün faydalı heç nə yoxdur”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, son vaxtlar Türkiyədə bunu təsdiqləyən hadisələr baş verib.

“İnşallah, 2025-ci ildə biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik”, - Uraloğlu vurğulayıb.

2024-cü ilin avqust ayından ölkədə yeniyetmələr arasında populyar onlayn oyun "Roblox" bloklanıb. Bundan əlavə, ötən il Türkiyə hakimiyyəti oyunçular arasında populyar olan "Discord" mesajlaşma xidmətini də qadağan edib.

Türkiyə səlahiyyətliləri "Discord"un narkotik və uşaqların cinsi istismarı ilə əlaqəli olduğunu bəyan edib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur