11.01.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Bu şəhəri 3 gündə 100 mindən çox turist ziyarət etdi

04 yan 2025 09:00
GÜNDƏM
ads

Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhərini ötən üç gün ərzində rekord sayda insan ziyarət edib.

QÜTB.AZ xəbər verir ki, Neretva çayı sahilindəki şəhər ötən ilin son günü və bu ilin ötən günlərində 100 mindən çox ziyarətçi qəbul edib.

Ölkənin beşinci ən böyük şəhəri olan və Avropanın ən gözəl şəhərləri siyahısında yer alan Mostar terrasvari arxitekturası, Osmanlı və Xorvatiya memarlığının sintezi olan küçələri və multikultural quruluşu ilə dünyanın hər yerindən turistləri özünə cəlb edir.

Mostar şəhərinin Neretva çayı üzərində salınan eyniadlı qədim körpüsü ölkənin simvolik tikililərindəndir. Osmanlı dövrünə aid ən mühüm abidələrdən olan və XVI əsrdə tikilən Mostar körpüsü uzun illər Balkan İslam mədəniyyətinin ən gözəl nümunələrindən biri hesab edilib. Körpü Avropanın ən möhtəşəm tarixi körpüləri siyahısında yer alır və müxtəlif illərdə barbarlığın simvoluna çevrilib. Körpü qədim Mostar şəhəri ilə birlikdə 2005-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur