02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Dünya qovrulur: Tarixin ən isti günü qeydə alındı

24 iyl 2024 14:00
GÜNDƏM
ads

Mövsümi normalardan yüksək temperaturun dünyaya təsir etməsi ilə bağlı daha bir fakt üzə çıxıb. Aİ-nin “Copernicus” peyk monitorinq sistemi ilə aparılan ölçmələr nəticəsində 21 iyulun dünya miqyasında yaxın tarixdə ən isti gün olduğu müəyyən edilib.

Publika.az xəbər verir ki, alimlər bazar gününün yaxın qlobal tarixdə yeni rekord olduğunu aşkar ediblər.

“Copernicus” İqlim Dəyişikliyi Xidmətindən verilən açıqlamada, 21 iyul bazar günü dünya üzrə qeydə alınan orta səth havasının temperaturu selsi üzrə 17,09 dərəcəyə çatıb.

Açıqlamada, iyulun 21-nin 1940-cı illərdən bəri qeydə alınan ən isti gün olduğu, əvvəlki rekord temperaturun isə 6 iyul 2023-cü ildə 17,08 dərəcə selsi olaraq qeydə alındığı bildirilib.

“Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktoru Carlo Buontempo bununla bağlı açıqlama verib. O qeyd edib ki, 2023-cü ildən bəri temperaturun 0,01 dərəcə selsi artması böyük fərqdir:

“Bu, iqlim dəyişikliyi səbəbiylə gələcəkdə oxşar rekordların qırıla biləcəyinə işarə edir”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur