"Barselona" azarkeşləri yay transfer pəncərəsi dövründə kluba kömək etmək qərarına gəliblər.
Publika.az xəbər verir ki, kataloniyalı azarkeşlər "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsı almaq istəyi ilə klubun "TikTok" hesabına ianə göndərirlər.
Uilyamsın nümayəndəsi mümkün transferi müzakirə etmək üçün "Barsa"nın idman direktoru Deko ilə görüşüb. Futbolçunun özü də Kataloniya klubuna keçmək istəyir. 22 yaşlı vingerin müqaviləsində 50 milyon avrodan çox sərbəst qalma müddəası var ki, bu da son maliyyə problemləri səbəbindən Kataloniya klubu üçün əngəl ola bilər.
Heybət